İsrailin şimalında hava həyəcanı siqnalı verildi
İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.
meqale.com-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) "X" sosial şəbəkəsində məlumat yayıb.
Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.
Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.