İstanbul Hava Limanı ilkə imza atacaq

İstanbul Hava Limanı bütün elektrik ehtiyaclarını Eskişehirdə qurulacaq günəş elektrik stansiyasından (GES) qarşılayacaq.

İstanbul Hava Limanı ilkə imza atacaq
İstanbul Hava Limanı bütün elektrik ehtiyaclarını Eskişehirdə qurulacaq günəş elektrik stansiyasından (GES) qarşılayacaq.

meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bunun üçün təxminən 3 milyon kvadratmetr sahədə 199,32 meqavat gücündə Eskişehir Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində 439 min PV paneli quraşdırılacaq.

İllik 340 milyon kilovat-saat enerji istehsal etməsi hədəflənən Günəş Elektrik Stansiyası ilə İstanbul Hava Limanı dünyada istehlak etdiyi bütün elektrik enerjisini günəş enerjisindən təmin edən ilk hava limanı olacaq.

İlin sonunda istifadəyə verilməsi planlaşdırılan layihəyə 212 milyon avro investisiya qoyulub.