İstanbulda polisə HÜCUM - 3 nəfər yaralandı - FOTO

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

İstanbulda polisə HÜCUM - 3 nəfər yaralandı - FOTO
Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

meqale.comxəbər verir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.