İstanbulda tarixi bazar YANIR - FOTO
İstanbulun mərkəzində restoran yanır, hadisə yerində çox sayda yanğınsöndürmə briqadaları işləyir.
meqale.com bildirir ki, restoran tarixi Misir bazarının yaxınlığında, Eminönü ərazisində yerləşir.
Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.
Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə məlumat yoxdur.