“İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib - Baş prokuror

Bütün sahələrdə olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən, cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

K.Əliyev bildirib ki, ölkədə hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb.

"Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli fərmanı ilə "Elektron prokurorluq" informasiya sistemi yaradılıb.

1 aprel 2023-cü il tarixdən "Elektron prokurorluq" informasiya sisteminin əsas modulları istifadəyə verilib.