İstirahət mərkəzində bədbəxt hadisə - 4 uşaq xlorlu hovuzda zəhərləndi

Rusiyanın Krasnodar vilayətində hotelin hovuzunda 7 uşaq xlordan zəhərlənib.

İstirahət mərkəzində bədbəxt hadisə - 4 uşaq xlorlu hovuzda zəhərləndi
Rusiyanın Krasnodar vilayətində hotelin hovuzunda 7 uşaq xlordan zəhərlənib.

meqale.com xəbər verir ki, onlardan dördünün vəziyyəti ağırdır.

Hadisə "Morea Family Resort&Spa" hotelində baş verib. Turistlər hovuzda qəribə ammonyak qoxusu hiss edəndə suyu tərk ediblər, lakin bundan sonra uşaqlar və digər iştirakçılarda halsızlıq, qusma və güclü öskürək müşahidə olunub.

Turistlərin sözlərinə görə hotel administrasiyası təcili yardım çağırmayıb və kömək göstərməyib.

Yeddi uşaq xəstəxanaya aparılıb, onlardan dördü, o cümlədən iki yaşlı qız, reanimasiya şöbəsindədir.