“İsveç tezliklə NATO-ya qoşulacaq” - Blinken

İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə vasitə olacaq.

“İsveç tezliklə NATO-ya qoşulacaq” - Blinken
İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə vasitə olacaq.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında səsləndirib. Bildirib ki, 2023-cü ildə Şimali Atlantika Alyansı "daha ​​böyük və daha güclü" olub.

"Bu il NATO-ya 31-ci üzv kimi Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək", - deyə, Blinken əlavə edib.