İtaliya A Seriyası: "Milan" 10 nəfərlə qalib gəldi

İtaliya A Seriyasında 24-cü turun matçları oynanılır.

İtaliya A Seriyası:
İtaliya A Seriyasında 24-cü turun matçları oynanılır.

meqale.com xəbər verir ki, "Milan" səfərdə "Empoli" ilə üz-üzə gəlib.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib.

55 və 66-cı dəqiqələrdə növbə ilə hər iki tərəfdən bir futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və komandalar qarşılaşmanı 10 nəfərlə davam etdirməli olublar.

Yalnız bundan sonra toparlanan "Milan" rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət edərək vacib 3 xalı qazanıb - 0:2.