İti 5 metrlik quyudan belə xilas etdilər - VİDEO
Bakı şəhərinin Xəzər rayonu ərazisində quyuda itin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.