Jose Mourinyo “Fənərbaxça”nı izləmədən çıxardı

"Fənərbaxça" ilə yollarını ayıran portuqaliyalı məşqçi Jose Mourinyo, sosial media hesabından sarı-lacivərtli klubu izləmədən çıxarıb.

Jose Mourinyo “Fənərbaxça”nı izləmədən çıxardı
"Fənərbaxça" ilə yollarını ayıran portuqaliyalı məşqçi Jose Mourinyo, sosial media hesabından sarı-lacivərtli klubu izləmədən çıxarıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" bir neçə gün öncə 2024-2025 mövsümünün əvvəlində komandanın başına gətirilən Jose Mourinyo ilə rəsmi olaraq yollarını ayırdığını açıqlamışdı. 

5 milyon 400 min izləyicisi olan Instagram hesabında Mourinyo artıq "Fənərbaxça"nı izləməkdən imtina edib. Onun bu hərəkəti klub azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Bununla belə, Mourinhyonun profilində "Fənərbaxça" ilə bağlı daha əvvəl paylaşdığı foto və videolar hələ də qalmaqdadır.