Juninyo "Flamenqo"da ilk qolunu vurdu - VİDEO

"Qarabağ"ı "Flamenqo"ya dəyişən Olavio Juninyo yeni komandasında qol hesabını açıb.

Juninyo
"Qarabağ"ı "Flamenqo"ya dəyişən Olavio Juninyo yeni komandasında qol hesabını açıb.

meqale.com oxuya istinadən xəbər verir ki, "sambaçı" "Portuquesa" ilə görüşün 40-cı dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu, onun "Flamenqo" forması ilə ilk qolu olub. Juninyo qolunu vəfat edən anasına həsr edib.

Qeyd edək ki, görüş "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə başa çatıb.