"Kabinet"də oxumağın nəyi pisdir?"
"Söhbət oxumaqdan gedirsə nə var ki... "Kabinet"də oturan da insandır. "Kabinet" sözünü hərə öz tərbiyəsi ilə ölçür".
meqale.com axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Əlsəgərli "Elgizlə izlə" verilişində deyib. Müğənni son günlər sənətçilərin "kabinetlər"də çıxış etməsi məsələsinə münasibət bildirib:
"Kabinet otaqdı, məclisdi, banket otağıdır. Elə yerlərdə sənin də, mənim də ad günüm ola bilər. Niyə pis şey düşünürsən? Normal oxumağa, pulunu qazanmağa gedirsənsə, nəyi pisdir?".