Kadi “Benfika” ilə oyundan danışdı
"Qarabağ" "Benfika" komandasını yaxşı təhlil edib".
meqale.com xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. Ətraflı
Yarımmüdafiəçi rəqibə qarşı layiqli mübarizə aparmaq istədiklərini söyləyib:
"Hər birimizin arzusu idi ki, bu cür turnirdə çıxış edək. Bir neçə dəfə Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləsək də, əsas mərhələyə yüksəlmək nəsib olmurdu. İnanırıq ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik. Komandamız hər il avrokubokların Liqa mərhələlərində çıxış edir. İnanırıq ki, təcrübəmizdən yararlanacağıq. "Benfika"nı yaxşı təhlil etmişik. Uğurlu nəticəyə ümid edirik".