Kadırov “Çılpaq gecə”nin iştirakçılarına dəvət göndərdi
Çeçenistan rəhbəri Ramzan Kadırov bloger Nastya İvleyevanın "Çılpaq gecə" şousunun iştirakçılarını Qudermesdəki Xüsusi Təyinatlılar Universitetində xidmət və məşq keçməyə dəvət edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Kadırov özünün Teleqram kanalında yazıb.
"Beləliklə, gecə iştirakçıları ölkə üçün çətin bir dövrdə vətənpərvərlik və empatiya nümayiş etdirə, rus vətənpərvərlərə hansı prinsiplərin rəhbərlik etdiyini başa düşə və onları ruhlandıra biləcəklər. Rusiya Xüsusi Təyinatlılar Universitetində təcrübə faydalı və maraqlı olacaq. Hər kəsi bağışlamaq olar, əsas odur ki, səmimiyyət sözdə deyil, real əməllərdə olsun".