Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı - FOTO
İyunun 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırovun toy mərasimi keçirilib.Adam Kadırov Məhərrəm ayında çeçen senatoru Süleyman Geremeyevin qızı ilə islami nikah bağlayıb. Mərasimə Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də dəvət alıb.
meqale.com xəbər verir ki, "Novaya qazeta Avropa"nın mənbələrinə görə, Adam Kadırovun rəsmi toy mərasiminə hazırlıq bir neçə ay əvvəl başlayıb. Mənbənin sözlərinə görə, buna səbəb Çeçenistan liderinin üçüncü oğlu üçün Vladimir Putinlə görüş təşkil etmək istəyi olub. Putin Moskvada Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Adam Kadırovla görüşüb. Bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.
Görüş qeyri-rəsmi formatda keçirilsə də, dövlət mediası onu işıqlandırıb. Putin Adam Kadırovu qarşıdan gələn toyu münasibəti ilə şəxsən təbrik edib. Dudayev görüşü "Putinin Kadırovlar ailəsinə xüsusi dərin hörmətinin parlaq təsdiqi" adlandırıb.
Adam Kadırovun oğlunun toyu zamanı onun biləyində 320 brilyant qaşla bəzədilmiş "Jacob & Co." saatı görünüb. Ekspertlərin fikrincə, saatın qiyməti 27,7 milyon dollardır. Bu, dünyanın ən bahalı qol saatlarından biridir.
Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Respublika başçısının Təhlükəsizlik Departamentinin rəhbəri vəzifələrində çalışır, eyni zamanda Çeçenistan Daxili İşlər Nazirliyinin kuratorudur. 2023-cü ildə o zaman 15 yaşlı Adam Kadırov Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli istintaq təcridxanasında döyüb. Ramzan Kadırov oğlunu tərifləyib və polis onun yaşını əsas gətirərək ona cinayət işi açmayıb.
Çeçenistanda Adam Kadırovu tez-tez atasının ehtimal olunan varisi adlandırırlar. 2025-ci ilin əvvəlindən Adam getdikcə daha çox nüfuzlu postlar alır və onun portretləri məmurların ofislərində peyda olur.
Xatırladaq ki, Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə toyları ərəfəsində Kremldə Putin tərəfindən qəbul edilib. Kadırovun oğullarının evlənməsi ilə bağlı bu cür tələskənlik Çeçenistan rəhbərinin səhhəti ilə izah olunur.