Kadırovun oğluna daha bir medal verildi - VİDEO
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "Çeçenistan Respublikasının müdafiəçisi" medalı ilə təltif edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz Teleqram kanalında məlumat yayıb.
Medalı Adam Kadırova Çeçenistan Respublikasının daxili işlər naziri Aslan İrasxanov təqdim edib.