Kamala Harrisin qorxusu: Trampın ona bu sözü deyəcəyini gözləyir

ABŞ prezidentliyinə namizəd Kamala Harris Donald Trampla debata hazırlaşarkən informasiya materiallarını öyrənib, seçki proqramı ilə bağlı suallara cavablar hazırlayıb, rəqibinin şəxsi təhqirləri də daxil olmaqla "bir sıra gözlənilməz məqamlara" hazırlaşıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, NBC kanalı debata hazırlığın təfərrüatlarını açıqlayıb.

"Harris, həmçinin vitse-prezident olmamışdan əvvəl amerikalılara şəxsi həyatı və tərcümeyi-halını necə çatdıracağı haqda düşünür. Bundan əlavə, o, həm də Trampla mümkün əl sıxışmasını aradan qaldırmaq üçün "plan hazırlayıb", - deyə NBC-nin materialında qeyd edilib.

Harris Trampın onun haqqında təhqiredici şərhlər verməsi ehtimalına da "hazırlaşıb". Xanım namizəd Trampın onu "qancıq" adlandırmasını belə gözləyir.