Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

"Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində  cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub".

Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki,  ilk baxışda regional əhəmiyyətli hadisə təəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedən proseslərə kifayət qədər böyük töhfədir. "Dövlət başçısının təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezident İlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqət mərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı və əhatəli olacağından xəbər verir."