Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi

Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.

meqale.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.

Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.