Kamran Zeynalov dünya çempionatında qızıl medal qazandı

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Kamran Zeynalov dünya çempionatında qızıl medal qazandı
Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.