Karlsen tarixi rekordu qırdı

Norveçli qrossmeyster Maqnus Karlsen Almaniyanın Karlsrue şəhərində keçirilən "Fischer Random Chess" turnirinin qalibi olub.

Karlsen tarixi rekordu qırdı
Norveçli qrossmeyster Maqnus Karlsen Almaniyanın Karlsrue şəhərində keçirilən "Fischer Random Chess" turnirinin qalibi olub.

meqale.com xəbər verir ki, o, tarixdə bir turnirdə doqquz oyunun hamısında qalib gələn ilk şahmatçı olub və tarixə düşən rekord göstərici əldə edib.

London Kral Kollecinin eksperti Mehmet İsmayılın sözlərinə görə, Karlsenin turnirdə CPR statistik göstəricisinə görə reytinqi 3191 olub. Bunun sayəsində o, 1963-cü ildə ABŞ çempionatında 3187 reytinq göstərən Bobbi Fişerdən üstün olub.

Maqnusun bu yay Las-Veqasda keçiriləcək "Fischer Random Chess" yarışının üçüncü mərhələsində də mübarizə aparacağı gözlənilir.