“Kartofla zarafat etmək olmaz!” - Lukaşenko əsəbiləşdi - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko fermerləri və məmurları kartof yığımı ilə bağlı "zarafat etməməyə" çağırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı müşavirədəki çıxışını Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" teleqram kanalı yayıb.
"Allah eləməsin ki, mənə hesabat versinlər ki, siz kartofu yetişdirməmisiniz. Və biz gələn il mart-aprel aylarında yenə narahat olacağıq ki, kartofumuz çatmadı", - Belarus lideri xəbərdarlıq edib.
O əlavə edib ki, narahatlığına baxmayaraq, ölkədə kartof istehsalının "onu necə yetişdirəcəyini bildiyi" fərdi təsərrüfatlarda cəmlənməsi onu arxayın edir. O, məsələ ilə bağlı respublikanın kənd təsərrüfatı və ərzaq naziri Yuri Qorlova müraciət edib.
Lukaşenko kartof yığımı məsələsinə ciddi yanaşmağı tələb edib: