“Karvan” klubunun apellyasiya şikayəti təmin edilməyib
I Liqanın VIII turunda baş tutan "Karvan" - "Qəbələ" matçında yaşananlara görə cəzalanan "Karvan" klubunun apellyasiya şikayəti təmin olunmayıb.
meqale.com xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.
Noyabrın 27-də keçirilən matç bitdikdən sonra "Karvan"ın futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.