Keçmiş prezident Pezeşkiana səs verdi
İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb.
Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib.