Keçmiş qayınanası 92 yaşlı milyarderlə görüşür
Rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova yeni sevgilisi, media maqnatı Rupert Merdok ilə yaxta səyahətinə çıxıb.
meqale.com oxuya istinadən bildirir ki, Jukova və Merdok sonuncunun icarəyə götürdüyü "Christina O" yaxtası ilə Aralıq dənizində üzürlər.
Cütlük avqustun 14-də Korfu sahillərində görüşdə görüntülənib.
Bildirilir ki, onlar bu yaxınlarda münasibət qurublar. Tanışlıq ümumi şirkət vasitəsilə baş verib. Qeyd olunur ki, Yelena Jukovanın qızı Daria Rupert Merdokun keçmiş həyat yoldaşı Vendi Denqlə dostdur.