Keçmiş sədr Vüsal Kərimliyə yüksək vəzifə verildi

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) sabiq sədri Vüsal Kərimli Bakıda keçiriləcək beynəlxalq tədbirdə nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər təyin edilib.

meqale.com "Qaynarinfo"a istinadla xəbər verir ki, Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF-13) təşkilat komitəsinin əməliyyat məsələləri üzrə direktorun müavini vəzifəsinə gətirilib.

Onun əsas vəzifə səlahiyyətlərinə sözügedən tədbirin təşkili üçün nəqliyyat infrastrukturu məsələlərinin təşkili, qonaqların yerləşdirilməsi və digər məsələlər daxildir.

İddia edilir ki, Vüsal Kərimli yeni vəzifəsinə başladıqdan dərhal sonra BNA-da mühüm postlarda çalışmış köhnə komandasını da ətrafına toplayıb.