Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib.

Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO
Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Qeyd edilib ki, müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.