Kəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məktubda Moskva vilayətindəki "Crocus City Hall"da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədər qarşı tərəfə başsağlığı çatdırılıb.

Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.