"Kəpəz"i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli oldu

"Kəpəz"də baş məşqçi axtarışları davam edir.

"Kəpəz"də baş məşqçi axtarışları davam edir.

meqale.com "report"a istinadən bildirir ki, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.