Kerem Aktürkoğludan sürpriz xəbər, imza atır - Fənərbağçaya yox dedi
Benfika Fənərbağçanın Kerem Aktürkoğlu üçün etdiyi 22,5 + 2,5 milyon avroluq təklifi rədd edib və ulduz futbolçunu komandada saxlamağa qərar verib. Bu məqsədlə Keremi komandaya daha da bağlamaq istəyən Benfika, 26 yaşlı oyunçunun maaşına artım edəcək. Bildirilir ki, futbolçu ilə yeni müqavilə imzalanacaq.
Xəbərdə milli futbolçunun hazırda klubundan illik 2,8 milyon avro maaş aldığı, bu məbləğin əhəmiyyətli dərəcədə artırılacağı və 2029-cu ilə qədər olan müqaviləsinin daha da uzadılacağı qeyd olunub.