"Kişi ilə qadın arasında 3-cü növ cinsin..." - Bağçalı Avroviziyanı tənqid etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Avroviziya mahnı müsabiqəsini sərt şəkildə tənqid edib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Avroviziya mahnı müsabiqəsini sərt şəkildə tənqid edib.

meqale.com haberler-ə istinadla bildirir ki, millət vəkili 68-ci Avroviziya müsabiqəsinin qalibi Nemo Mettleri geyiminə görə qınayıb.

"2024-cü ildə keçirilən "Eurovision" mahnı müsabiqəsi insanlığın necə bir təhdidlə üz-üzə qaldığının göstəricisidir. Sənətdən çox siyasi məzmunlu müsabiqədə əxlaqın çöküşü, kişi ilə qadın arasında 3-cü növ cinsin tədavülə çıxması ilə marjinallığın dozu artırılıb. Avroviziyada birinci olan şəxsin mini ətək, çəhrayı kürk geyinməsi utancvericidir. Bunun adı müasirlikdirsə, batsın belə anlayış", - o, söyləyib.