KİV: Ağ Ev Səudiyyə Ərəbistanında danışıqları müsbət qiymətləndirir

Vaşinqton administrasiyası Rusiya və Ukrayna nümayəndələri ilə Səudiyyə Ərəbistanında aparılan danışıqları müsbət qiymətləndirir və tezliklə müsbət bəyanat vermək niyyətindədir.

KİV: Ağ Ev Səudiyyə Ərəbistanında danışıqları müsbət qiymətləndirir

Bu barədə "Reuters" Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “ABŞ prezidenti Donald Tramp administrasiyasının ekspert qruplarının Ər-Riyadda apardığı danışıqlar son dərəcə yaxşı gedir”.

"Biz tezliklə müsbət bəyanatın veriləcəyini gözləyirik", - mənbə əlavə edib.