KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir
İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.
Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.