KİV: Mali “Bavar-373” hava hücumundan müdafiə sistemini almağa hazırlaşır
Mali hakimiyyəti İrandan "Bavar-373" hava və raketdən müdafiə sistemi almaq niyyətindədir.
meqale.com bu barədə report.az-a istinadən xəbər verir.
Məlumata deyilir ki, bu addım iki ölkə arasında hərbi əməkdaşlıqda dönüş nöqtəsi ola bilər.
Qeyd edilir ki, "Bavar-373" Maliyə ballistik raketlər və döyüş təyyarələri də daxil olmaqla çoxsaylı hava təhlükələrinə qarşı durmağa imkan verəcək.
"Bavar-373" 305 km məsafədə hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş modernləşdirilmiş zenit-raket kompleksidir.