KİV: Putin Trampla telefon danışığında Ukrayna hərbçilərinin “DXR”dən çıxarılmasını tələb edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukrayna Silahlı Qüvvələrinin "Donetsk Xalq Respublikası" (DXR) ərazisindən tam çıxarılmasını tələb edib.
meqale.com xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" qəzeti iki yüksək vəzifəli mənbəyə istinadən yayımlayıb.
Nəşrin məlumatına görə, Putin müharibənin dayandırılması üçün şərt olaraq Kiyevdən Donetsk üzərində nəzarətdən tamamilə imtina etməsini istəyib.