Kiyev səfirimizi bu iki səbəbə ölkədən çıxartdı - Kobaxidze
Ukranya hökuməti Gürcüstan-Ukrayna münasibətlərini yenidən nəzərdən keçirməlidir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
"Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin başlamasının beşinci günü Gürcüstan səfirini iki səbəb göstərərək ölkədən çıxarıb: Tiflisin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və rəsmi şəkildə könüllü göndərməkdən imtina etməsinə görə", - İ.Kobaxidze qeyd edib.