Kliniki ölüm keçirən şəxsdən şok sözlər
1991-ci ildə amerikalı Pem Reynoldz Loueri beyin əməliyyatı zamanı kliniki ölüm keçirib və bu müddətdə yaşadığı qeyri-adi təcrübələri paylaşaraq dünya ictimaiyyətini təəccübləndirib.
meqale.com xəbər verir ki, o, əməliyyat zamanı bədənindən ayrıldığını hiss etdiyini və cərrahların onun üzərində apardığı prosedurları müşahidə etdiyini bildirib.
Pemin sözlərinə görə, onun bədən temperaturu 10°C-yə qədər endirilib, ürək döyüntüsü və nəfəsi tamamilə dayanıb, beyin fəaliyyəti isə sıfıra düşüb. Buna baxmayaraq, o, əməliyyat otağında baş verənləri dəqiq şəkildə gördüyünü və cərrahların istifadə etdiyi alətləri təsvir edə bildiyini deyir.
Ən təsirli məqamlardan biri isə, Pemin artıq vəfat etmiş əmisi ilə qarşılaşmasıdır. O, əmisi ilə ünsiyyət qurduğunu və onun tərəfindən yenidən bədəninə qayıtmağa təşviq edildiyini söyləyib.