Yermak: Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək

Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.

Yermak: Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək
Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin "Axios" portalına müsahibəsində bildirib.

"Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik", - deyə o vurğulayıb.

Bundan əlavə, Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.

ABŞ-nin ilkin planı Kiyevin alyansa üzvlüyü və NATO qoşunlarının ərazidə mövcudluğunu istisna edir, bunun müqabilində təhlükəsizlik zəmanətləri almasını nəzərdə tuturdu.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və "Böyük səkkizlik" (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.