Klubunu dəyişir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Saul Nikes "Trabzonspor"a keçir.

Klubunu dəyişir
"Atletiko Madrid"in yarımmüdafiəçisi Saul Nikes "Trabzonspor"a keçir.

meqale.com xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, Türkiyə klubu növbəti həftə yeni transferini açıqlayacaq.

Qeyd edək ki, Nikes 2008-ci ildən "Atletiko"nun şərəfini qoruyur. O, ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.