KOB-lar ümumi dekarbonizasiyaya töhfə verə bilərlər - Hüseyn Hüseynov
KOB-lar emissiyanın azaldılması və ümumi dekarbonizasiya istiqamətində töhfə verə bilərlər.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda bildirib.
"Bugünkü tədbirdə vurğulandı ki, KOB-lar emissiyaların 50 faizini əhatə edir. Bu, kifayət qədər böyük bir rəqəmdir. Deməli KOB-lar bu emissiyanın azaldılması və ümumi dekarbonizasiya istiqamətində töhfə verə bilər. Dünya Bankı hesab edir ki, iqlim dəyişikliyi 2050-ci ilə qədər qlobal ÜDM-i 1,5-3 faiz azalda bilər.