Kobaxidze İrəvana gedib

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

Kobaxidze İrəvana gedib
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.