Kobaxidze onları özünə müavin təyin etdi

Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze hökumətin ilk iclasında Nazirlər Kabinetinin və hökumət administrasiyasının tərkibi ilə bağlı dəyişiklikləri açıqlayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

"Baş nazirin birinci müavininin səlahiyyətləri iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə həvalə olunacaq. Ona uğurlar arzulayıram. Mədəniyyət naziri Tea Tsulukiani və müdafiə naziri İrakli Çikovani baş nazirinin müavinləri təyin olunublar", - Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, dəyişikliklər hökumət idarəçiliyinə də təsir edib.

"Mixail Peikrişvili hökumətin strateji kommunikasiyalar departamentinin rəhbəri olacaq", - o qeyd edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun