Konfrans Liqası: "Omoniya” “Araz-Naxçıvan”ı darmadağın etdi
Bu gün Azərbaycan təmsilçilərindən "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti matçına çıxıb.
meqale.com APA-ya istinadən bildirir ki, Elmar Baxşıyevin yetirmələri səfərdə "Omoniya"nın qonağı olublar.
Görüş "Nikosiya Stadionu"nda baş tutub. Meydan sahibləri 5 qol vuraraq, böyükhesablı qələbə qazanıb. Bununla da, təmsilçimiz avrokuboklarda mübarizəni dayandırıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Kipr təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.