Konsertində mübahisə edən cütlüyü barışdırdı
Amerikalı məşhur repçi Trevis Skott Mayamidəki konserti zamanı mübahisə edən cütlüyü barışdırıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi konserti dayandıraraq təşkilatçılardan işıqları onların üstünə yönləndirilməsini istəyib və bunları deyib:
"Söhbət sevgidən gedir. Bu gün onların sevgiyə ehtiyacı var. Və bu gün çox yaxşı vaxt keçirəcəksiniz".
Daha sonra ifaçı mübahisə edən cütlükdən qucaqlaşmalarını istəyib. Qız əvvəlcə imtina etsə də, zaldakı insanların izdihamlı səs-küyündən sonra razılıq verib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun