Koronavirusdan ölüm hallarının sayı azalıb
Mayın 22-dən iyunun 18-dək dünya koronavirusa 1,2 milyondan artıq yoluxma halı qeydə alınıb, 7,1 mindən artıq nəfər isə koronavirusdan ölüb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyət Təşkilatının hesabatında deyilir.
Məlumata əsasən, son 4 həftə ərzində ümumilikdə 1 210 687 yoluxma halı, 7 1368 ölüm halı qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 48 faiz, ölüm hallarının sayı isə 58 faiz azalıb.
Bu dövrdə ən çox yoluxma halı Cənubi Koreyada (363 382) aşkarlanıb.