Külək nə vaxtadək davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

Külək nə vaxtadək davam edəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

Bunu meqale.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, külək axşama doğru zəifləyəcək:

"Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir".