Kürdəmir sakinini həyətində güllələdilər

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

Kürdəmir sakinini həyətində güllələdilər
Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakini Xalid Abdullayev gecə saat 00:10 radələrində həmkəndlisi Rüstəm Məmmədovun yaşadığı evə gedib.

O, Rüstəmin həyətində tüfəngdən atəş açaraq ona xəsarətlər yetirib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktl bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.