Kürdəmirdə ağır qəza: ölən var - FOTOlar

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kürdəmirdə ağır qəza: ölən var - FOTOlar
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.