Kürdəmirdə qızılcaya yoluxan şagirdlərin son vəziyyəti AÇIQLANDI
Kürdəmir rayon 1 saylı tam orta məktəbin şagirdləri 9 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
meqale.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.