Kürdəmirdə yol qəzasında 2 yaşlı körpə xəsarət alıb
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü M. N Mahmud qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.